4 milyard dollarlıq gəmiyə SU DOLDU - Təlimlər yarımçıq qaldı

11-07-2019, 10:43           
4 milyard dollarlıq gəmiyə SU DOLDU - Təlimlər yarımçıq qaldı
İngiltərənin “HMS Kraliça Elizabet” adlı ən yeni təyyarədaşıyan gəmisi təlimləri yarımçıq qoyub.

Publika.az xəbər verir ki, 4 milyard dollar dəyəri olan gəmidə su sızıntısı aşkar edilib.

Ölkə tarixində ən böyük və ən güclü gəmi kimi dəyərləndirilən gəmi 5 həftəlik nəzərdə tutulan təlimləri yarıda qoyaraq limana çəkilib.

İngiltərə Müdafiə Nazirliyinin mətbuat katibi 280 metrlik gəminin daxili sistemində problem aşkarlandığını deyib. Bildirib ki, problem nəzarət altına alınıb və araşdırma başlanıb.

Qeyd edək ki, “HMS Kraliça Elizabet” 2017-ci ilin dekabrında donanmanın istifadəsinə verilib. 2020-ci ildə vəzifəsinin icrasına başlaması nəzərdə tutulan gəmi 40 təyyarə daşıya bilir. 65 tonluq gəmi F-35-lərin daşınması üçün nəzərdə tutulub. “HMS Kraliça Elizabet”in inşasında 255 min kilometr kabeldən istifadə edilib. Gəmidə 1600 nəfərlik heyət işləyəcək.

“HMS Kraliça Elizabet”də daha əvvəl də bəzi texniki nasazlıq aşkara çıxmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.