Almaniyada “Miqrant alverçiləri”nə qarşı əməliyyat: 29 nəfər saxlanıldı – FOTOLAR

19-07-2019, 07:51           
Almaniyada “Miqrant alverçiləri”nə qarşı əməliyyat: 29 nəfər saxlanıldı – FOTOLAR
Almaniyada Federal Daxili İşlər Nazirliyinin “BFE Plus” xüsusi təyinatlıları “miqrant alveri” ilə məşğul olan şəbəkəni çökdürüb. AzEuroNews.com xəbər verir ki, alman polisi əvvəlcədən müəyyən edilən 39 adresə eyni anda basqın edib. Ölkəboyu keçirilən əməliyyatlarda 29 nəfər saxlanılıb. Həmin şəxslərin evlərində aparılan axtarışlar zamanı ayrı-ayrı şəxslərə məxsus pasportlar, nağd şəkildə pul, bank kartları, sənədsiz silah və sursatı aşkar olunaraq götürülüb.

Federal Daxili İşlər Nazirliyindən verilən rəsmi açıqlamaya görə, çökdürülən şəbəkənin üzvləri Pakistan vətəndaşlarıdır. Polisin əməliyyatı zamanı dəstəyə rəhbərlik edən Hafiz Məhəmməd də saxlanılıb.

Dəstə üzvlərinin polisdə ilkin dindirilməsi zamanı məlum olub ki, onlar Pakistan və Hindistan vətəndaşlarına saxta sənədlər sataraq Avropa ölkələrində xüsusilə, Almaniyada yaşamaq icazəsi almağa kömək ediblər. Şəbəkənin öz müştərilərinə ən çox təklif etdiyi isə, formal evlilik olub. 15-20 min avro qarşılığında Çexiya, Rumıniya və Bolqarsıtandan olan dul xanımlarla evləndirilən pakistan və hindistanlılar sonra Almaniyadakı restoranlarda işə düzəldilib. Zərərçəkənlərin sorğusu zamanı məlum olub ki, onların əksəriyyəti evlədikləri xanımları heç vaxt görməyiblər. Bəziləri isə Danimarka və Kipir kimi nikah prosedurlarının asan olduğu ölkələrdə evləniblər.

Evlənməyə razı olan dul qadınlara isə, 2 min avro ödənilib.

Çexiya, Rumıniya və Bolqarsıtanda yaşamaq icazəsi alan şəxslər sonradan Almaniyadakı müxtəlif restoranlarda ofisiant, qabyuyan və s. kimi işlərə cəlb ediliblər.


Saxlanılan şəxslər Almaniyanın Leypsiq şəhərində hava limanı yaxınlığındakı xüsusi həbsxanaya göndəriliblər.

Almaniya Federal Daxili İşlər Nazirliyi bu tip əməliyyatların yenə də keçiriləcəyi anonsunu edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.