ABŞ Aya astronavt göndərməyi və orada saxlamağı planlaşdırır

22-07-2019, 07:17           
ABŞ Aya astronavt göndərməyi və orada saxlamağı planlaşdırır
Birləşmiş Ştatlar 2024-cü ildə Aya astronavt qrupu göndərməyi və bir müddət onları orada saxlamağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pensin “CBS” telekanalına açıqlamasında deyilir.

Onun sözlərinə görə, məqsəd sadəcə səfər etmək deyil, həm də orada qalmaqdır. Bununla da o, gələcəkdə Marsa da astronavt göndərmək üçün təcrübə əldə olunacağını qeyd edib.

“Biz anlayırıq ki, bir gün Marsa uçanda bizə yeni texnologiyalar, yeni vasitələr və yeni təcrübələr lazım gələcək və biz bunu ancaq Ayda əldə edə bilərik”, - Pens belə deyib.

Vitse-prezident onu da əminliklə bildirib ki, ABŞ bir gün Marsa adam göndərməyə nail olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.