Azərbaycanlıların yaşadığı kampda əməliyyat keçirilir – FOTO

22-07-2019, 22:37           
Azərbaycanlıların yaşadığı kampda əməliyyat keçirilir – FOTO
Alman polisi azərbaycanlıların yaşadığı Deggendorf şəhərindəki kampda əməliyyat-axtarış tədbiri keçirir. Bu barədə AzEuroNews.com -a qaçqın kampında qalan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, Humay Məmmədovanın intiharından sonra kamp polis nəzarətinə götürülüb.


Bu gün Humay Məmmədova ilə bağlı bir qrup azərbaycanlının keçirdiyi etiraz aksiyasından sonra Deggendorfdakı kampa əlavə polis qüvvəsi cəlb olunub.


Polis əməkdaşları kampdakı otaqlara girərək sakinlərdən bütün dərman preparatlarını yığıblar. Bu da kamp sakinlərinin narazılığına səbəb olub.

Polisin bu əməliyyatına etiraz edənlər sırasında azərbaycanlılar da olub. Belə ki, ağır xəstəliklərdən əziyyət çəkən azərbaycanlılar gündəlik istifadə etdikləri dərman preparatlarının polis tərəfindən müsadirə olunmasına öz etirazlarını bildiriblər.

Dərman preparatlarını toplayan polis əməkdaşları onlara bildirib ki, müvafiq yoxlamadan sonra hər kəsin dərmanı özünə qaytarılacaq.

Həmvətənlərimiz bilidirb ki, kampda tez-tez dərman preaparatları qəbul edib intihara cəhd edən şəxslərə görə, bütün dərmanlar kampdakı həkim müayinəsi otağında toplanacaq. Müxtəlif xəstəliklərdə əziyyət çəkən kamp sakinləri hər gün o otağa gedib qeydiyyat kitabını imzaladıqdan sonra dərman qəbul edəcəklər.


Xatırladaq ki, ötən gün Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqın düşərgəsində intihar hadisəsi baş verib. Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət götərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, qaçqın kampında yaşayan Məmmədova Humay dərman içməklə özünə qəsd edib. 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, ötən gün xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadının intiharına ilkin səbəb kimi “Dublin” qərarının obyektiv araşdırılmaması olub.


H. Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib.
Ə.Əliyevin sözlərinə görə, bu gün başqa bir azərbaycanlı xanım da Berlində özünə qəsd edib. O, hazırda xəstəxanadadır.

Hüquşünasın sözlərinə görə, bu son 10 gündə Almaniyada üçüncü intihara cəhd hadisəsidir.

Məlumata görə, Humay Məmmədova 1979-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbçi kimi çalışıb və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.