Rusiya hava sərhədini pozdu: ATƏŞ AÇIDLI

23-07-2019, 11:13           
Rusiya hava sərhədini pozdu: ATƏŞ AÇIDLI
Cənubi Koreya Rusiyanı hava sərhədini pozmaqda ittiham edib.

Cebhe.info xəbər verir ki, Cənubi Koreya Qərargah Rəislərinin Birləşmiş Komitəsi Rusiyaya qarşı belə bir ittihamla çıxış edib. Bildirilib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus təyyarə hər dəfəsində 3 dəqiqə olmaqla 2 dəfə Cənubi Koreya hava sərhədini qanunsuz keçərək Yapon dənizi üzərində olub.

Cənubi Koreya qırıcıları həyəcan təbili ilə havaya qaldırılıb və xəbərdarlıq atəşi açılıb.

Xatırladaq ki, 20 iyunda eyni xarakterli bəyanatla Yaponiya çıxış etmiş və iki ərazidə hava sərhədinin pozulduğu bildirilmişdi. May ayında isə bənzər bəyanat Estoniyadan gəlmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.