Büdcədən 10 milyon ayrıldı: Ölkəyə geri qayıtmaq istəyənlərə 12 min pul ödəniləcək

23-07-2019, 22:29           
Büdcədən 10 milyon ayrıldı: Ölkəyə geri qayıtmaq istəyənlərə 12 min pul ödəniləcək
Portuqaliya hökuməti 2010-2014-cü illərdə baş verən iqtisadi böhrana görə ölkəni tərk edən 300 min vətəndaşını qaytarmaq üçün yeni layihə hazırlayıb.
“Yeni Sabah” xarici mediaya əsasən bildirir ki, bunun üçün büdcədən 10 milyon avro ayrılıb.

Layihə ölkəyə qayıtmaq istəyən portuqaliyalıların hər birinə təxminən 6 min avro (təxminən 12 min manat) pul ödənilməsini nəzərdə tutur.

Ancaq bundan yalnız bu 3 şərti - ölkəni 31 dekabr 2015-ci ildən öncə tərk edən, ən az 12 ayı xaricdə keçirən, iş müqaviləsi olan - ödəyən portuqaliyalılar faydalana biləcək.

Dövlət rəsmiləri bu layihə sayəsində 2020-ci ilin sonuna kimi 3 min vətəndaşın geri qayıdacağını proqnozlaşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.