ABŞ prezidenti Boris Consonu "britaniyalı Tramp" adlandırıb

24-07-2019, 08:06           
ABŞ prezidenti Boris Consonu "britaniyalı Tramp" adlandırıb
ABŞ prezidenti Donald Tramp Britaniyanın yeni baş naziri seçilmiş Boris Consonun təyinatını müsbət qiymətləndirib və onun öz işinin öhdəsindən yaxşı gələcəyini deyib.

APA xəbər verir ki, amerikalı prezident bu sözləri Vaşinqtonda yuxarı sinif şagirdləri ilə görüşü zamanı səsləndirib.

“Boris Conson yaxşı adamdır, o sərtdir, ancaq ağıllıdır. Onu “britaniyalı Tramp” adlandırırlar və deyilənə görə, bu yaxşıdır. Orada məni sevirlər, onlar bunu istəyirdilər və bu onlara lazım olandır. O, hər şeyi edəcək. Boris yaxşı adamdır və o öz işini görəcək”, - deyə Tramp bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.