Tacikistan və Qırğızıstan arasında əsl müharibə gedir

24-07-2019, 08:13           
Tacikistan və Qırğızıstan arasında əsl müharibə gedir
Tacikistan və Qırğızıstan arasında situasiya daha da gərginləşib və proses açıq hərbi qarşıdurma mərhələsinə keçib.

Hazırkı ana qədər qırğız tərəfdən 15 yaralının olduğu bildirilir. Tacikistan isə öz növbəsidə bir vətəndaşının həlak olduğunu bəyan edib.

Eyni zamanda rəsmi Düşənbə Qırğızıstanın Batkent vilayətinin Leylək rayonuna gedən İsfana-Batken yolunu bağlayıb. Hazırda buradan əhali evakuasiya olunur.

Batkent rayonunun Ak-Say sərhəd kəndnindən 315 nəfər təhlükəsiz əraziyə köçürülüb. Məktəblərdə müvəqqəti yaşayış düşərgələri təşkil edilib. Burada 260 nəfərin qalması üçün şərait yaradılıb. Qalan 55 insan isə həmin rayonda yaşayan ailələrin himayəsinə verilib. Evakuasiya edilənlərin əksəriyyəti qadınlar və uşaqlardır. Qırmızı Aypara Cəmiyyəti müvəqqəti köçkünləri, çadır, su, qidalarla təmin edib və zərərçəkənlərə humanitar yardım göstərir.

Yerli səhiyyə işçiləri xəstəxanaya 15 nəfərin gətirlidiyini söyləyirlər. Onların 12-i odlu silahdan açılan atəşlə yaralanıb. Yaralananlar arasında milis və sərhəd xidmətinin əməkdaşları var.

Qeyd olunur ki, Qırğızıstan və Tacikistan vətəndaşları arasında münaqişə iyulun 22-idə, gecə saatlarında baş verib.

Münaqişənin əsas səbəbi Tacikistanın Vorux kənd sakinlərinin kəndin çıxışına bayraq dirəyi asması olub. Ak-Say kənd sakinləri buna kəskin şəkildə eitraz eidblər.

Qonşu yaşayış məntəqələrinin nümayəndələri arasında söz atışması həqiqi atışmaya çevrilib və tərəflərdən biri silah işlədib.

Hər iki kəndin əhalisi tüfənglərlə bir-birlərinə atəş açıblar (Haqqın.az).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.