Partladılmış Rusiya təyyarəsi ilə bağlı müəmmalar qurtarmır

17-11-2015, 21:28           

Sinay yarımadası üzərində Rusiyaya aid A321 təyyarəsinin qəzaya uğramasına Şarm-əl-Şeyx aeroportunun əməkdaşı tərəfindən yükdaşıyan fəhlələrin birinə verilən naməlum çamadan səbəb olub.

teref.az Azərtac-a istinadla xəbər verir ki, Misirin güc strukturlarının məlumatına əsasən, baqajı skanerdən keçirən aparat bir neçə dəqiqə nəzarətsiz qalıb. Video kameralarda baqaj xəttinə nəzarət edən operatorun fəhləyə naməlum çamadan verdiyi qeydə alınıb.

Şarm-əl-Şeyx aeroportundakı mənbələr təhlükəsizlik xidmətinin Rusiya təyyarəsinə baqaj yüklənən zaman skaneri nəzarətsiz qoyan iki nəfəri axtarışa verdiyini bildirib. Onların sözlərinə görə, hava limanı əməkdaşlarının hamısı dindirilsə də, hələlik heç kim həbs olunmayıb.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.