SSRİ liderləri bu "limuzin"dən nüvə müharibəsində istifadə etməli idi - FOTO

13-08-2019, 09:53           
SSRİ liderləri bu "limuzin"dən nüvə müharibəsində istifadə etməli idi - FOTO
Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində “nüvə apokalipsisin maşını” adı verilmiş “Ladoqa” tankı tapılıb.

Publika.az xəbər verir ki, bu haqda “Rossiyskaya gazeta” nəşri bildirib.

Nəşrin məlumatına görə, bu modeldən 5 maşın buraxılmışdı. Həmçinin, onları “ağır limuzin” adlandırırdılar, çünki bu texnikadan SSRİ-nin ən yüksək hərbi-siyasi rəhbərliyi üçün komanda-ştab maşınları kimi istifadə olunmalı idi. Altı nəfər üçün nəzərdə tutulan tanklar kütləvi qırğın silahından etibarlı müdafiə idi, buna görə də onların çəkisi 42 ton təşkil edirdi.

Tankın birinci vahidi 1980-ci illərin əvvəllərində istehsal edilmişdi və T-80 tankının şassisindən istifadə olunmuşdu. Tank 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında qəza zamanı yoxlanılmışdı və ondan ərazinin kəşfiyyatı üçün istifadə etmişdilər. Sonra texnikadan tankların daha müasir nümunələrinin yaradılması üçün istifadə olunub.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.