Rusiyanın Tu-160 strateji raketdaşıyanları ABŞ-ın “burnunun ucunda”...

15-08-2019, 00:05           
Rusiyanın Tu-160 strateji raketdaşıyanları ABŞ-ın “burnunun ucunda”...
Rusiyanın iki Tu-160 strateji raketdaşıyanı Çukotka yarımadasındakı Anadır aerodromuna enib. Bu aerodrom ABŞ sərhədlərinin bilavasitə yaxınlığındadır. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, raketdaşıyankların heyəti yerə enmədən 6 min kilometrdən çox məsafə qət ediblər, uçuş səkkiz saatdan çox çəkib. Tədbir planlaşdırılmış taktiki-uçuş təlimləri çərçivəsində həyata keçirilib. Təlimlərə uzaqmənzilli aviasiyanın komandanı, general-leytenant Sergey Kobılaş rəhbərlik edir. Təlimlərə 10 Tu-160, Tu-95MS və İL-78 təyyarələri cəlb olunub. Məqsəd təyyarələrin əməliyyat aerodromlarına yerdəyişməsini və havada yanacaq doldurulmasını sınaqdan keçirməkdir.

Tu-160 səsdən iti uçan və qanadlarının dəyişkən geometriyasına malik olan strateji bombardmançı-raketdaşıyandır. Nüvə başlıqlı raketlərlə silahlanıb və dünyada səsdən iti uçan ən iri döyüş təyyarəsidir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.