Ölkələrə gizli yolla silah satan tacir ələ keçdi – İlginc faktlar

17-08-2019, 09:19           
Ölkələrə gizli yolla silah satan tacir ələ keçdi – İlginc faktlar
Məşhur belçikalı silah taciri Jak Monsye Portuqaliyada həbs olunub.

Teleqraf.com xəbər verir ki, Evora bölgəsində keçirilən əməliyyat Belçika, Portuqaliya və Fransanın hüquq mühafizə orqanlarının birgə iştirakı ilə baş tutub.

2006-2009-cu illərdə Liviya, Çad, Pakistan və İrana silah-sursat, tank, vertolyot, təyyarə və digər hərbi texnikanın çatdırılmasına görə 2017-ci ildə onun barəsində cinayət işi açılıb.

O bu ittihamla 3 il müddətinə azadlıqdan məhrum edilib, 300 min avro cərimə olunub.

Monsye hökmdən şikayət etsə də, 2018-ci ilin oktyabrında həbs müddəti 4 ilədək, cərimə isə 1,2 milyon avroya qədər artırılıb. Yeni hökmün elan edilməsindən sonra Monsye Belçikadan qaçaraq Portuqaliyada gizlənib.

Burada isə beynəlxalq həbs qərarı əsasında Belçika məhkəməsinin tələbi ilə yenidən həbs olunub.

Monsye 10 il əvvəl də eyni ittihamlarla ABŞ və Fransada məhkum edilmişdi.

O, dünyanın ən böyük silah tacirlərindən biri hesab olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.