Trampdan Rusiya ilə bağlı gözlənilməz qərar

21-08-2019, 07:28           
Trampdan Rusiya ilə bağlı gözlənilməz qərar
Tramp bildirib ki, Rusiya G8-dən Barak Obamanın vaxtında kənarlaşdırılıb, çünki Vladimir Putin o vaxt ona "kələk gəlib"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiyanın dünyanın aparıcı yeddi ölkəsinin qrupuna qayıtmasına və bu qrupun G8 formatında fəaliyyətinin bərpa edilməsinə etirazı yoxdur.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri AFP yayıb.

AFP news agency

@AFP
· 3h
Replying to @AFP
Biarritz is known for big Atlantic waves, but the loudest crashing at next weekend's G7 meeting in the French resort could be the sound of US President Donald Trump and his convention-wrecking diplomacy http://u.afp.com/JBbK


Will Trump take a club to the G7 club again?
Biarritz is known for big Atlantic waves, but the loudest crashing at next weekend's G7 meeting in the French resort could be the sound of US President Donald Trump and his convention-wrecking...

news.yahoo.com

AFP news agency

@AFP
#BREAKING Trump says could "certainly" support Russia return to G8

"Hesab edirəm ki Rusiya (qrupda) olsa, daha yaxşı olar", - ABŞ lideri deyib.

O, əlavə edib ki, bu cür təklifi dəstəkləyərdi.

Eyni zamanda Tramp bildirib ki, Rusiya G8-dən Barak Obamanın vaxtında kənarlaşdırılıb, çünki Vladimir Putin o vaxt ona "kələk gəlib".

"Söz verdim ki, Qrenlandiyaya bunu etməyəcəm" - Tramp

Rusiya Prezidenti Vladimir Putin də fransalı həmkarı Emmanuel Makronla görüşündə "böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı adlandırıb və G8 formatının yenidən qayıdacağını istisna etməyib.

Rusiyanı yeddi aparıcı ölkənin sammitinə 2014-cü ildən bəri çağırmırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.