Nikolas Maduro ABŞ hakimiyyəti ilə danışıqları izah edib

21-08-2019, 06:17           
Nikolas Maduro ABŞ hakimiyyəti ilə danışıqları izah edib
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun hökumətinin məmurları ABŞ nümayəndələri ilə əlaqədirlər.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti administrasiyasının mətbuat xidməti "Twitter"də bildirib.

"Nikolas Maduro təsdiq edib ki, Bolivar hökuməti bir neçə aydır onun icazəsi ilə ABŞ-ın hökumət nümayəndələri ilə əlaqələri dəstəkləyir", - deyə xəbərdə bildirilir.

Daha əvvəl ABŞ-ın bəzi mətbuat orqanları bildirib ki, Birləşmiş Ştatlar administrasiyası Konstitusiya Assambleyasının sədri Dosdado Kabelo ilə Maduronun hakimiyyətdən kənar ediləcəyi təqdirdə onun çevrəsinin təhlükəsizliyi barəsində məxfi danışıqlar aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.