Metyu Brayza: "Anaklia limanı Əfqanıstanda hərbi əməliyyatlar üçün istifadə edilə bilər"

21-08-2019, 15:25           
Metyu Brayza: "Anaklia limanı Əfqanıstanda hərbi əməliyyatlar üçün istifadə edilə bilər"
"Anaklia limanı həm təhlükəsizlik, həm də iqtisadi baxımdan vacib layihədir və onun uğursuzluğa düçar olması əsl faciə olardı".

Bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Metyu Brayza IWPR-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Anaklia limanından ABŞ Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə edə bilər .

“Anaklia limanı Gürcüstan üçün strateji əhəmiyyət daşıyır. Bu, Gürcüstanın qlobal irimiqyaslı daşımalara birbaşa çıxışını təmin edir. Liman həm təhlükəsizlik, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Məsələn, Əfqanıstandakı ABŞ hərbçiləri, Əfqanıstana müxtəlif materiallar, ərzaq və digər hərbi təchizat çatdırmaq üçün Mersin kimi bir Türkiyə limanı əvəzinə Anaklia limanından istifadə etməyi düşünə bilər. Beləliklə, layihə Gürcüstanın ABŞ ilə strateji əlaqələrini gücləndirəcək. Liman eyni zamanda, Gürcüstanın öz suverenliyini, müstəqilliyini və ümumi təhlükəsizliyini artırmaq üçün yaxşı imkan yaradacaq ", - deyə M. Brayza bildirib.(APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.