Avropa ŞOK-da! Bu ölkədə Ebola virusu tapıldı

22-08-2019, 07:09           
Avropa ŞOK-da! Bu ölkədə Ebola virusu tapıldı
Ebola virusu bu dəfə Avropada peyda olub. AzEuroNews.com xəbər verir ki, Belçikanın Vallon bölgəsindəki Notre-Dame klinikasında bir xəstədə Ebola virusu aşkarlanıb. Yüksək hərarətlə xəstəxanaya gətirilən və hələlik kimliyi açıqlanmayan şəxs daha sonra evə göndərilib.

Ancaq bir neçə saatdan sonra o yenidən xəstəxanaya gətirilib. Aparılan yoxlamalar zamanı xəstədə Ebola virusu aşkar edilib.

Dərhal xəstə ilə təmasda olan tibbi personal yoxlamadan keçirilib. Xəstə daha sonra helikopter vasitəsi ilə Anvers şəhərinə aparılıb.

Anvers şəhər klinikasından verilən açıqlamaya görə, xəstədə Ebola virusu ilə bağlı diaqnoz tamamilə düzdür. Artıq xəstənin müxalicəsinə başlanılıb.

Məlumat üçün bildirək ki, bu virus 2014-2016-cı illərdə təkcə Qərbi Afrikada 11 300 nəfərin həyatına son qoyub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.