“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24-08-2019, 12:16           
“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib
Göyərtəsində “Fyodor” adlı antropomorfik robotun olduğu Rusiyanın “Soyuz MS-14” gəmisi avtomatik birləşmə sistemində yaranmış problem səbəbindən Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu kosmik gəminin birləşmə prosesini translyasiya edən NASA TV-nin yayımı zamanı aparıcı bildirib. O qeyd edib ki, “Soyuz MS-14” gəmisi təhlükəsiz məsafəyə geri çəkilib və Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa çalışırlar.

Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yük də var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.