Putinin 2 yolu var: Ya onu prezident gətirəcək, ya da... - Çimbalyuk

24-08-2019, 12:43           
Putinin 2 yolu var: Ya onu prezident gətirəcək, ya da... - Çimbalyuk
Avropa liderləri “Avropa – Lissabondan Vladivastoka” ideyasını dəstəkləməzdən öncə, Rusiyanın Donbası işğal etməsindən sonra burada nələrin baş verdiyi ilə maraqlanmalıdır.

Axar.az xəbər verir ki, bu iddia ilə məşhur ukraynalı jurnalist Roman Çimbalyuk çıxış edib.

“Avropa və Rusiyanın bu vahid məkan barədə təsəvvürləri əslində çox fərqlənir. Avropanı Lissabondan Vladivastoka, Rusiyanı isə Vladivastokdan Lissabona olan format maraqlandırır”, - deyə o bildirib.

Çimbalyuk həmçinin deyib ki, Putin prezident səlahiyyətləri bitdikdən sonra öz siyasi gələcəyi ilə maraqlanacaq:

“Putin iki yoldan birini seçəcək. O, ya yenə Medvedyevi müvəqqəti prezident təyin edəcək, ya da özünün səlahiyyət dairəsini dəyişəcək. İkinci ssenari reallaşacağı halda Putin Vladivastokdan Lissabona qədər olan həmin birləşmiş Avropanın lideri olmaq istəyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.