“Alibaba”nın təsisçisi İSTEFA VERDİ

10-09-2019, 23:00           
“Alibaba”nın təsisçisi İSTEFA VERDİ
“Alibaba” şirkətinin əsasını qoymuş Cek Ma direktorlar şurasını tərk edir. “Blumberq” agentliyi onun öz 55-ci yaş günündə vəzifəsini tərk elməyi qərara aldığını söyləyib. Hazırda onun sərvətinin 41,8 milyard dollara bərabər olduğu bildirilir. Şirkətin əsasını “Alibaba Group” ilə məşhur çinli biznesmen Cek Ma qoyub. Onun direktorlar şurasındakı yerini şirkətin baş direktoru Deniel Çjan tutacaqdır.

Cek Ma “Forbes” şəkli jurnalının cildində dərc olunan ilk çinli biznesmendir. O, Çinin ən varlı adamıdır və planetin ən zəngin adamları siyahısında adı var.

“Alibaba Group” bir neçə qurumun, o cümlədən, “Aliekspess” internet mağazasının, “Alibaba Picture” kino şirkətinin və “Alibaba Cloud Computing” şirkətinin sahibidir.

Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.