Olduqca təhlükəli Nigeriya mafiyası Almaniyada

11-09-2019, 07:35           
Olduqca təhlükəli Nigeriya mafiyası Almaniyada
İnsan alveri, azyaşlıları fahişəliyə cəlb etmə, narkotik qaçaqmalçılığı və s. ağır cinayətlərdə adı hallanan nigeriyalılardan ibarət “Qardaşlıq” mafiyası Almaniyada fəaliyyətini genişləndirir. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada həftəlik nəşr edilən “Bild am Sonntag” qəzeti məlumat verib.


Məlumatda bildirilir ki, Almaniyanın yaşamaq icazəsi verdiyi Nigeriya vətəndaşlarının sonradan bu kriminal qrupla əlaqəsi müəyyən edilib.

Qəzet yazır ki, 2018-ci ildə 10 mindən çox Nigeriya vətəndaşı Almaniyaya gələrək sığınacaq istəyib. Bu 2017-ci illə müqayisədə 30 % çoxdur. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yayımladığı sığınacaq axtaranların aylıq statistikasında Suriya və İraq vətəndşlarından sonra gələn Nigeriya vətəndaşları tərəfindən 2019-cu ilin sonuna kimi rekord sayda müraciətin olacağı gözlənilir.

Almaniyaya axın isə davam edir. Çünki təkcə İtaliyada hazırda 25 min Nigeriya vətəndaşı var. Onlar müxtəlif yollarla Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyirlər. İnsan alverçilərinin tələsinə düşənlər sonrada zorla Almaniyada fahişəliyə, narkotik daşımaçılığına cəlb edilirlər.

Qəzetin araşdırmasında qeyd olunur ki, hazırda Almaniyada “Abu-Xaker”, “Remmo”, “Miri” və s. adlı kriminal ailə klanları var. Onlar Berlin, Essen, Duisburq, Bremen kimi şəhərlərdə fəaliyyətlərini genişləndirirlər.

Ölkədəki alman, türk və albanlardan ibarət kriminal qruplar əsasən narkotik alveri ilə, polyak və italiyan qruplar mülkiyyət cinayətləri, rus kriminal qruplar isə, daha çox kiber cinayətlərlə ad çıxarıblar.

Almaniya Federal Cinayət Polisinin məlumatına görə, mütəşəkkil cinayətə görə təkcə 2017-ci ildə 8317 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların üçdə ikisi Almaniya vətəndaşları deyil.
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.