Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

16-09-2019, 11:32           
Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib
İslam dünyasının və İraqın tanınmış müctəhidi Ayətullah Seyid Əli Sistani Amerika rəsmilərinin görüşlə bağlı təkliflərini rədd edib.

SalamNews MdeastNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Sistani Nəcəf şəhərində iranlı din alimi Ayətullah Misbah Yəzdini qəbul edərkən deyib.

Ayətullah Sistani bu görüşdə bildirib ki, 2003-dən başlayaraq, ABŞ rəsmiləri dəfələrlə və müxtəlif vasitələrlə onunla görüşmək üçün təkliflər irəli sürüblər.

Ayətullah Sistani vurğulayıb ki, o, ABŞ qüvvələrinin İraqda olmasını qeyri-legitim bilir və buna görə onlarla görüş təklifini qəbul etməyib.

Eyni zamanda Ayətullah Sistani bildirib ki, müstəmləkəçilər xüsusilə də Britaniya müsəlman dünyası və İraqda təfriqə salmaq üçün müxtəlif vasitələrə o cümlədən intenret səhifələri və sosial şəbəklər üzərindən proqramlara rəvac verməkdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.