Bəhreyn ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alır

17-09-2019, 07:16           
Bəhreyn ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alır
Bəhreyn Krallığının vəliəhd şahzadəsi, Baş nazirin müavini Salman ibn Həməd ölkəsinin ABŞ ilə “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilə imzaladığını söyləyib.

“Report”un məlumatına görə, o, bunu ABŞ prezidenti Donald Tramp ilə Ağ evdə görüşü zamanı bəyan edib.

“Bu gün ilk “Patriot” raketlərinin alınması üçün müqavilə imzaladıq. Bunun üçün daha yaxşı vaxt yox idi”.

Qeyd edək ki, bu görüş Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumdan iki gün sonra baş tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.