Tramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”

17-09-2019, 07:18           
Tramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”
“Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”.

“Report” xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Qiymətlər çox da artmayıb. Bizim ciddi strateji ehtiyatlarımız mövcuddur. Onlardan az bir hissəsini istifadə edə bilərik. Bəhreyn kimi digər ölkələr də daha səxavətli ola bilər. Deməli, bu problem deyil " Tramp Bəhreyn Krallığının vəliəhd şahzadəsi, Baş nazirin müavini Salman ibn Həməd ilə görüşdən əvvəl deyib.

Qeyd edək ki, neftin qiyməti kəskin bahalaşıb. "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 14.6% faiz yüksəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.