Kişi 10 santimetrlik buynuz çıxardı - FOTOLAR

18-09-2019, 13:03           
Kişi 10 santimetrlik buynuz çıxardı - FOTOLAR
Hindistanın Saqar şəhərində Şyam Lal Yadav adlı bir nəfər 4 düym (10,2 santimetr) ölçüsündə “şeytan buynuzu” çıxarıb.

Bu barədə “Mirror Online” məlumat yayıb.

Bu çıxıntı 74 yaşlı fermerin başında aldığı zərbədən beş il sonra böyüməyə başlayıb. Yadavın başından tam olaraq necə zədə alması barədə dəqiq məlumat verilmir. Əvvəlcə kişi konus şəklində neoplazmaya əhəmiyyət verməyib və bərbərlərdən onu həll etmələrini istəyib. Daha sonra özü buynuzu kəsməyə çalışıb, amma çıxıntı böyüməyə davam edib.


Hindu çıxıntını şapka altında gizlədə bilmədikdə xəstəxanaya getməyə qərar verib. Həkimlər kişidə inkişaf edən çıxıntının buynuz olduğunu təsdiqləyiblər. Həkimlər onun insanın dırnaqları və ya tükləri kimi keratindən ibarət olduğunu bildiriblər. Neyrocərrahlar əməliyyat keçirərək onu analiz ediblər. Analizlər çıxıntının xoşxassəli olduğunu göstərib.

Həkimlər sözügedən buynuzun kişinin başında yenidən böyüməyə başlaya biləcəyini bildiriblər. Onlar bu xəstəliyin nadir olduğunu qeyd ediblər. “Şeytan buynuzu”nun böyüməsinin səbəblərindən biri kimi günəş şüasına məruz qalma da göstərilə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.