Tramp FES-i tənqid edib

19-09-2019, 07:07           
Tramp FES-i tənqid edib
ABŞ prezidenti Donald Tramp ölkədə mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sistemini və onun sədri Cerom Pauelli tənqid edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Cey Pauell və FES yenidən uğursuzluğa uğradılar. "Cəsarət" çatmadı, heç bir mənası yoxdur, görüş yoxdur! Dəhşətli kommunikator!".

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) il ərzində ikinci dəfə faiz dərəcəsini aşağı salıb. Sentyabrın 17-18-də keçirilən iclasın nəticələrinə əsasən illik baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə salınıb.

Xatırladaq ki, daha əvvəl D.Tramp FES-i baza dərəcəsini sıfıra və ya mənfiyə qədər azaltmağı çağırıb.

ФРС, выполняющая функции центробанка, как и прогнозировали ранее эксперты, в среду объявила о снижении базовой процентной ставки на 25 базисных пунктов, до 1,75-2%.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.