Gürcüstan Prezidenti məhbusların əfvinə moratorium qoyub- Açıqlama

19-09-2019, 07:08           
Gürcüstan Prezidenti məhbusların əfvinə moratorium qoyub- Açıqlama
Gürcüstan prezidenti Salome Zurabişvili məhbusların əfv məsələsinə moratorium qoyub.

Dövlət başçısı bu barədə sentyabrın 18-də keçirdiyi brifinqdə məlumat verib. O deyib: “Mən, prezident kimi, bu gündən əfv məsələsinə moratorium elan edirəm. Məhbusların və təqsirləndirilən şəxslərin əfv olunması ilə bağlı çoxlu spekulyativ hərəkətlərə yol verilirdi. Bəzi şəxslər, o cümlədən mənim parlament katibim bu məsələlərə müdaxilə etməyə çalışırdılar. Amma mən buna imkan vermədim. Əfv məsələsi şəxsən mənim səlahiyyətimə daxildir və qərarı da mən vermişəm. Mən günahımı kiminsə üzərinə qoymağı xoşlamıram. Bundan sonra baxaq görək, əfvlə bağlı hansı qaydalar tətbiq olunacaq və hansı əfvdən söhbət gedəcək”.

Onun sözlərinə görə, polis nəfərini qətlə yetirmiş məhbusun əfv edilməsi səhv addım ola bilər. Hər bir adam yanlış addım ata bilər.

Məlumat üçün qeyd edək ki, avqustun 28-də Mariamoba bayramı ərəfəsində Prezident Salome Zurabişvili 34 məhbusu, o cümlədən polis nəfərini qətlə yetirmiş cinayətkarı əfv edib. Bu da ictimaiyyət, hətta parlamentin sədri, ombudsman və digər rəsmi şəxslər tərəfindən qınağa səbəb olub(azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.