ABŞ rəsmiləri gələn həftə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının iclasında iştirak etmələri üçün İran prezidenti Həsən Ruhanini və ölkənin xarici işlər naziri Cavad Zərifi viza ilə təmin edib.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı “TASS” agentliyinə İranın BMT-dəki nümayəndəsi Əlirza Miruzəfi məlumat verib.