Almaniyada ən böyük kütləvi etiraz aksiyanın keçiriləcəyi gözlənilir

20-09-2019, 00:04           
Almaniyada ən böyük kütləvi etiraz aksiyanın keçiriləcəyi gözlənilir
Bu gün Almaniyada ən böyük kütləvi etiraz aksiyasının keçiriləcəyi gözlənilir. AzEuroNews.com xəbər verir ki, iqlim dəyişikliyi ilə bağlı məktəblilərin “Gələcək üçün Cümə günü” aksiyasının eyni anda Almaniyanın bütün şəhərlərində keçirilməsi gözlənilir.

Artıq bununla bağlı çağırışlar edilib, aksiyanın keçiriləcəyi meydanlar müəyyən edilib.

Milyonlarla məktəblinin qatılacağı gözlənilən kütləvi aksiyada iqlim dəyişikliyi ilə bağlı ölkələrin dərhal hərəkətə keçməsi və birgə çalışması tələb olunacaq.

Məktəblilərin kütləvi etiraz aksiyası ilə bağlı Almaniya Federal Daxili İşlər Nazirliyi də gücləndirilmiş iş rejiminə keçəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.