Neftin üzərində qara buludlar – Bu dəfə Ərəb Əmirlikləri vurula bilər

20-09-2019, 00:19           
Neftin üzərində qara buludlar – Bu dəfə Ərəb Əmirlikləri vurula bilər
Husilər Yəməndə Ərəb koalisiyasının hücumları davam edəcəyi təqdirdə BƏƏ-ni vuracaqlarını bəyan ediblər

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"ya məxsus neft zavodlarına hücum edən husilər bu dəfə Birləşmiş Ərəb Əmirliklərini təhdid ediblər. Bu barədə Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir.

Belə ki, husilər Yəməndə Ərəb koalisiyasının hücumları davam edəcəyi təqdirdə BƏƏ-ni vuracaqlarını bəyan ediblər.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.