Rusiyadan Avropaya təklif: Ukrayna üzərindən...

20-09-2019, 08:44           
Rusiyadan Avropaya təklif: Ukrayna üzərindən...
Rusiya Ukrayna üzərindən Avropaya qaz tədarükünə dair müqavilənin müddətini uzatmağı təklif edib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Energetika naziri Aleksandr Novak çıxış edib.

"Bütün tərəflər lazımi həll variantının tapılacağına inandıqlarını bildirdilər. Növbəti il "Qazprom" Avropaya vəd olunan təbii qaz təminatını həyata keçirəcək", - Novak qeyd edib.

Novak Avropaya Ukrayna üzərindən qaz tədarükü ilə bağlı təklif göndərdiklərini, ancaq hələ zəmanətin verilmədiyini söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.