Tramp və Zelenskinin danışığı məxfidir - Maykl Pompeo

22-09-2019, 19:44           
Tramp və Zelenskinin danışığı məxfidir - Maykl Pompeo
"Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək"

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo ABC televiziya şirkətinin efirində bildirib.

"Siz bilirsiniz ki, biz (Dövlət Departamenti) son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə (mətni açıqlamaq -red) hərəkət etmək yersizdir", - deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.

Onun fikrincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil. (Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.