Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun"

23-09-2019, 09:23           
Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun"
"ABŞ Körfəzə qoşun yerləşdirəcəyi halda xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər”.

APA-nın BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani 1980-1988-ci illərin İran-İraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, xarici qüvvələr bu bölgəyə həmişə "ağrı və səfalət gətirib" və "silah yarışında" onlardan istifadə olunmamalıdılr.

Ruhani İranın BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.

İran prezidenti xarici qüvvələrə bölgədən "uzaq durmağı" məsləhət görüb: "Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər ... Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.