Zərifdən şok: Səudiyyəni vuran raketləri prezident verib

23-09-2019, 10:26           
Zərifdən şok: Səudiyyəni vuran raketləri prezident verib
Yəməndəki husilər öz başlarına raket radiusunu artırıblar ki, bunun da sayəsində Səudiyyə Ərəbistanı neft obyektlərinə zərbə endirə biliblər.

Axar.az xəbər verir ki, bunu CBS-yə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, husilər silahı eks-prezident Əli Abdullah Salehdən əldə ediblər.

Zərif Salehin bu silahı hakimiyyətdə olduğu müddətdə Səudiyyə Ərəbistanı pulları hesabına qazandığını bildirib.

XİN rəhbəri husilərin silahları təkmilləşdirəcək texnologiyalara sahib olduğunu deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.