ABŞ Ukraynada bu qorxunc silahdan istifadə edəcək hərbçilər hazırladı - FOTO

4-10-2019, 08:51           
ABŞ Ukraynada bu qorxunc silahdan istifadə edəcək hərbçilər hazırladı - FOTO
ABŞ Ukraynada Amerika istehsalı “Javelin” tank əleyhinə raket komplekslərindən istifadə üçün kifayət qədər hərbçi hazırlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolters bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ukraynaya 40 milyon dollar dəyərində “Javelin” tank əlehinə raket komplekslərinin ikinci partiyasının satışını bəyənib. Satışa “Javelin”ə aid bağlı avadanlıqlar, texniki dəstək və 150 raket də daxildir. Ukrayna hakimiyyəti, raketlərdən başqa, on işəsalma qurğusunu almaq niyyətindədir.

Əlavə edək ki, "Javelin" dünyada tank əleyhinə ən güclü silahlardan hesab edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.