İraq etirazları qan gölündə boğulur: 44 ölü – Video

4-10-2019, 16:38           
İraq etirazları qan gölündə boğulur: 44 ölü – Video
İraqda dörd gündür davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“Haberler” xəbər verir ki, aksiya nəticəsində 1188 etirazçı yaralanıb.

Bildirilib ki, dörd gündür ölkədə rüşvətxorluğa və işsizliyə qarşı etiraz aksiyası keçirilir.

Aksiyaçılar mövcud hökumətin istefasını da tələb edirlər. Etiraz tədbirləri İraqın Bağdad, Zikar (Nasiriyye), Meysan (Amara), Babil (Hile) şəhərlərində keçirilir. Oktyabrın 3-dən bu şəhərlərdə komendant saatı elan edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.