«Bizə aviadaşıyıcı yox, onları batıra bilən silah lazımdır…» – Sergey Şoyqu

5-10-2019, 00:04           
«Bizə aviadaşıyıcı yox, onları batıra bilən silah lazımdır…» – Sergey Şoyqu
Sentyabrın 22-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə KİV-nə verdiyi müsahibədə bildirib ki, Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı durmaq üçün ölkəsinə aviadaşıyıcı yox, aviadaşıyıcları suda batıra biləcək silah lazımdır – bu, həm effektli olar, həm də ucuz başa gələr.

Bir neçə gün bundan əvvəl Rusiya Sakit okeanda «Omsk» atom sualtı qayığı P-700 «Qranit» gəmi əleyhinə raketin uğurlu sınağını keçirib və 350 kilometr məsafədən atəşlə dəniz hədəfini məhv edib. Görünür nazir ABŞ aviadaşıyıcılarını batıra biləcək silah dedikdə, məhz bu raketi nəzərdə tutub.

Qeyd etmək yerinə düşər ki, Rusiyada xüsusilə soyuq müharibə illərindən qalma, səsdən sürətli çoxlu raketlər olub. Onlarla müqayisədə sınaq atışı bu günlərdə baş tutmuş «Qranit» raketi daha uzun uçuş məsafəsinə, uçuş sürətinə və dağıdıcı gücə malikdir.

Bu raketin uçuş məsafəsi çox böyükdür və 20-650 kilometr təşkil edir. Hesab olunur ki, ABŞ aviadaşıyıcılarının xarici müdafiə sərhədi 550 kilometr uzaqlıqda yerləşir. Odur ki, «Qranit» raketi aviadaşıyıcı qrupuna məhz qrup halında hücum üçün əla yarayır.

Nəzərə almaq lazımdır ki, raketə həm də gücü 500 min ton «TNT» təşkil edən və suüstü hədəfləri dağıda bilən nüvə başlığı da quraşdırıla bilir.

Bundan başqa, Rusiyada soyuq müharibə illərində tətbiq olumuş raketdən istifadə üsullarına uyğun olaraq, onlarn uçuşları arasındakı vaxtda informasiya mübadiləsi aparmaq mümkündür. İlk raket düşmənin aviadaşıyıcı birləşmələrinin vəziyyətini göstərən peyk çəkilişlərini qəbul etmək üçün çox yüksəkdən uçur. Bundan sonra hesablamalar aparılır – su tutumu və qrupun «açar» vəziyyəti nəzərə alınır, ardınca uyğun tapşırıq o biri raketlərə daxil olur. Məsələn, bir raket kiçik gəmilərə hücum edir, beş raket isə böyük gəmilərə. Beləliklə, bütün aviadaşıyıcı qrupuna hücum təşkil olunur.

Sözügedən raketi həm də «Gəmidağıdan» adlandırırlar, çünki onun hədəfə dəyməsinin nəticələri xeyli kədərli ola bilər. Birincisi, kimi isə xilas etmək lazım gəlməyəcək, çünki xilas etməyə heç kim olmayacaq. Nədən ki, «Qranit» raketinin təsir radiusunda yerləşənlərin hamısı tam şəkildə məhv olacaq.

İkincisi, təmirə ehtiyac qalmayacaq, çünki raketin zərbəsindən sonra, təmir etməyə heç nə olmayacaq.

Üçüncüsü, zədələnmiş gəmini «buksir» etmək lazım gəlməyəcək. Belə ki, gec-tez o, suyun dibinə çökəcək.

Eyni zamanda, raketin buraxıldığı «Omsk» platformasına da diqqət yetirməyə dəyər. Bu sualtı qayıq çox böyükdür. O, suda batmış «Kursk» sualtı qayığı modelinə aiddir. Belə sualtı qayıqlarda ikitərəfli olmaqla, 24 «Qranit» raketi yerləşdirmək olur. Odur ki, soyuq müharibə dövründə belə sualtı qayıq və raket modellərinin «növbələşməsi» ABŞ-da aviadaşıyıcılar üçün dəhşətli hesab olunurdu.

Əgər belə sualtı qayıq döyüşdə iştirak etsə, ABŞ-ın aviadaşıyıcıları üçün böyük təhlükə təşkil edər. Hesab etmək olar ki, Rusiya bu sınaqlarla amerikalılara xəbərdarlıq elib.

İndi Sergey Şoyqu deyir ki, bizə aviadaşıyan lazım deyil, amma iki il əvvəl bütün Rusiya rəsmi nümayəndələri “Admiral Kuznetsov”a təriflər yağdırırdılar və hətta böyük həcmli aviadaşıyanın tikilməsi layihəsi üzərində iş aparıldığından danışılırdı. Onda Şoyqunun sözlərindən belə anlaşılır ki, ”Admiral Kuznetsov” təmir adıyla işə yaramayan dəmir yığıntısı kimi bir tərəfə atılıb? Moskvanın aviadaşıyanlardan imtina etməsinin səbəbi maliyyə çatışmamazlığı ilə yanaşı, Rusiyanın ABŞ aviadaşıyanları səviyyəsində gəmilər hazırlaya bilməyəcəyindən irəli gəlir. Bunu hələ sovet zamanında bilirdilər və ona görə də üstünlüyü böyük kreyserlərə vermişdilər. Amerikan aviadaşıyanlarına qarşı tədbirlərin görülməsi planı da Sovet İttifaqı dövründən başlayır. Belə ki, ”Qranit” universal raketinin hazırlanması üzərində iş xeyli sürüb və 1980-ci illərin ortasından silahlı qüvvələrin döyüş cərgəsinə qoşulub. Ruslar indi sadəcə olaraq, bu raketi təkmilləşdiriblər.

Hazırladı: Mirzə AĞ
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.