BMT-nin baş katibi ABŞ və Türkiyənin atəşkəs barədə razılaşmasını alqışlayıb

18-10-2019, 02:46           
BMT-nin baş katibi ABŞ və Türkiyənin atəşkəs barədə razılaşmasını alqışlayıb
BMT-nin baş katibi Antoniu Quterreş Türkiyə və ABŞ-ın Suriyanın şimal-şərqindəki vəziyyətin gərginləşməsi istiqamətində səylərini alqışlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə baş katibin yaydığı bəyanatda deyilir.

“Baş katib ABŞ və Türkiyə arasındakı bugünkü müzakirələrdən xəbərdardır. Baş katib BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olaraq vəziyyəti sabitləşdirmək və mülki şəxsləri qorumaq üçün hər cür səyləri alqışlayır”, - deyə bəyanatda qeyd olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.