Suriyanın şimalında 100 maşından ibarət silah daşıyan ABŞ karvanı müşahidə edilib - Kürdlərə verdikləri silahları İraqa aparırlar

18-10-2019, 12:56           
Suriyanın şimalında 100 maşından ibarət silah daşıyan ABŞ karvanı müşahidə edilib - Kürdlərə verdikləri silahları İraqa aparırlar
Türkiyə ilə ABŞ-ın Suriyanın şimalında müvəqqəti atəşkəs anlaşması fonunda ikincinin bayraqları ilə hərəkətdə olan və 100-dən çox yük maşınını ehtiva edən hərbi karvan hərəkət edərkən görünüb.

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu gecə Suriyanın əş-Şədadi bölgəsindən ölkənin şimal-şərqi istiqamətdə hərəkətdə olan ABŞ-ın böyük hərbi karvanı müşahidə edilib.

Bildirilib ki, hərbi karvan silah daşıyan yük maşınlarından ibarətdir. Onların hərəkət məqsədi hələ məlum edilməyib.

Ehtimal verilir ki, bu Suriyadan İraqın şimalına doğru hərəkət edən hərbi karvandır.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın arasında Suriyanın şimalında atəşkəslə bağlı əldə edilən anlaşmaya əsasən kürd bölmələri 120 saat ərzində "təhlükəsizlik kəməri zonası"ndan geri çəkilməlidirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.