Kemiyalı müəllim ilin ən yaxşı müəllimi seçildi - Bir milyon mükafat....

19-10-2019, 10:25           
Kemiyalı müəllim ilin ən yaxşı müəllimi seçildi - Bir milyon mükafat....
2015-ci ildə nəhəng iş adamı Sanni Varkey tərəfindən əsası qoyulan və həmçinin Dubay şeyxi Məhəmməd ibn Rəşid Əl Məktum tərəfindən himayə olunan xeyriyyə fondu hər il Global Teacher Prize adlı müsabiqə keçirir və dünyanın ən yaxşı müəllimi 1 milyon ABŞ dolları ilə mükafatlandırılır.
2019-cu ildə müsabiqənin qalibi 179 ölkədən iştirak edən 10.000-dən çox namizəd arasında Keniyanın kiçik bir kənd məktəbində fizika və riyaziyyat müəllimi işləyən Piter Tabiçi seçilmişdir. Məktəbdə təhsil alan uşaqlar imkansız və natamam ( bir və ya hər iki valideyndən məhrum) ailələrin uşaqlarıdır. Onlar dərsə gəlmək üçün kilometrlərlə məsafəni piyada qət edirlər. Məktəbin imkanları isə olduqca dardır və bircə ədəd kompüterə sahibdirlər. Piter Tabiçi maaşının 80%ni şagirdləri üçün dərs ləvazimatlarına və laboratoriya materiallarına xərcləyir, dərsləri maraqlı və effektiv şəkildə təşkil edir, hər şagirdin öz potensialını maksimum dərəcədə ortaya çıxartmasına imkan yaradır. Buna görə də onun şagirdləri dünyanın nüfuzlu elmi müsabiqələrində dəfələrlə qalib olmuşdur və bu fakt Global Teacher Prize müsabiqəsinin münsiflərinin diqqətini çəkən əsas nüans olmuşdur.
Öz çıxışında Peter Tabiçi demişdir: "-Bu mənim qələbəm deyil. Mən yalnız şagirdlərimin uğurları hesabına burdayam".
Mükafat qismində qazandığı $1.000.000 isə 10 il ərzində ildə $100.000 şəklində ona ödəniləcək. O bu pula məktəbdə yeni və müasir laboratoriya yaradacağını, şagirdləri ilə birlikdə yeni, quraqlığa davamlı bitki növlərinin yaradılması üçün layihə təşkil edəcəyini qeyd edib.
Kompromat.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.