Səudiyyə Ərəbistanı və BƏƏ ortaq səyahət vizasının tətbiqi imkanlarını müzakirə edirlər

31-10-2019, 07:43           
Səudiyyə Ərəbistanı və BƏƏ ortaq səyahət vizasının tətbiqi imkanlarını müzakirə edirlər
BƏƏ və Səudiyyə Ərəbistanı ümumi turist vizası tətbiq etməyi düşünürlər. Səudiyyə Ərəbistanının "Əl-İktisadiya" qəzeti BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mansuriyə istinadən xəbər verir.

Trend-in məlumatına görə, "BƏƏ və Səudiyyə Ərəbistanı hazırda Səudiyyə Ərəbistanının turistlərin krallığa girməsini asanlaşdırmaq üçün təklif etdiyi fürsətlərdən istifadə etmək üçün səyləri gücləndirir. Təklif olunan təşəbbüslər arasında turizm sektorunu, hava limanlarını və otel biznesini canlandırmaq üçün iki ölkəyə səfər etmək üçün ümumi vizanın tətbiqi müzakirə olunur.

Səudiyyə Ərəbistanı Iqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci il ərzində belə vizanın tətbiqi gözlənilir. Bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanı ilk dəfə olaraq 49 ölkədən turistlərin ölkəyə turist vizaları ilə daxil olmasına icazə verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.