Yaponiyanın ədliyyə naziri israfçılığa və seçicilərə ərzaq payladığına görə istefa verib

31-10-2019, 05:52           
Yaponiyanın ədliyyə naziri israfçılığa və seçicilərə ərzaq payladığına görə istefa verib
Yaponiyanın ədliyyə naziri Kasuyuki Kavai qalmaqala görə vəzifəsindən istefa verib.

"Report" TASS-a istinadən xəbər verir ki, qərarı haqqında Kavai özü jurnalistlərə bildirib.

"Mən baş nazir Sindzo Abeyə istefa haqqında ərizəmi verdim", - deyə o qeyd edib. Kavai vurğulayıb ki, o və xanımı ittiham olunduğu seçki qanunvericiliyinin pozulmalarından xəbərsiz olub. Kasuyuki Kavai özünün və parlamentin yuxarı palatasının deputatı olan həyat yoldaşının seçki qərargahı ilə bağlı hərtərəfli daxili araşdırma aparılacağına söz verib.

"Amma bu araşdırmalar aparılanda bütün bu vəziyyət Ədliyyə Nazirliyi kimi əhəmiyyətli idarənin işinə mane ola bilər. Bu, yolverilməzdir. Mən nazir kimi məsuliyyəti öz üzərimə götürürəm, amma siyasətçi kimi yox", - deyə o vurğulayıb.

Kasuyuki Kavai qeyd edib ki, parlamentin aşağı palatasının deputatı mandatından imtina etməyə hazırlaşmır.

Yaponiyanın ədliyyə naziri ətrafında qalmaqal bu həftə baş verib. Həftəlik nəşrlərdən birində o və hakim Yaponiyanın Liberal Demokrat Partiyasından parlamentin yuxarı palatasının deputatı olan həyat yoldaşı haqqında xəbər yayılıb. Bildirilir ki, onlar seçki kampaniyalarının gedişatında öz qərargahının vasitələrini israfçılıqla xərcləməklə qanunvericiliyi pozublar.

Xüsusi halda bildirilirdi ki, onlar kampaniyanın bəzi muzdlu heyətinə ödənişləri iki dəfə artırıblar. Cütlük həmçinin seçicilərin kiçik vasitələrlə ələ alınmasında ittiham edilir. Məlumata görə, Kasuyuki Kavai və xanımı seçki dairələrində sakinlərə ərzaq və tərəvəz hədiyyə ediblər.

Bu, Sindzo Abenin sentyabrın əvvəlində formalaşdırdığı yeni Nаzirlər Kabinetində artıq ikinci istefa olacaq. Daha əvvəl - keçən həftə qalmaqala görə iqtisadiyyat, ticarət və sənaye naziri İssyu Suqavara vəzifə səlahiyyətlərindən imtina edib. Onun seçiciləri kiçik vasitələrlə ələ alması ifşa edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.