Trampı sevindirən, dünyanı düşündürən qərar gəldi

31-10-2019, 08:26           
Trampı sevindirən, dünyanı düşündürən qərar gəldi
Tramp Pauelli faizin endirilmədiyinə görə dəfələrlə tənqid edib və eyham vurub ki, işindən azad edə bilər. Ancaq hüquqşünasların prezidentin belə səlahiyyətə malik olub-olmaması barədə rəyləri üst-üstə düşmü

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il ərzində üçüncü dəfə baza faiz dərəcəsini 25 bənd azaldıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. Faiz dərəcəsi illik 1,75-2%-dən 1.50-1.75% səviyyəsinə salınıb. Bu qərar bir çox analitiklərin proqnozu ilə üst-üstə düşüb.

İyul ayında FES 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd endirmişdi. Bu il ərzində ikinci "endirim" sentyabrın 18-nə təsadüf etdi. Uzun illər ərzində FES stavkanı ya olduğu kimi saxlayır, ya da artırırdı.

Məlumatda həmçinin vurğulanır ki, FES-in doqquz üzvündən səkkizi, o cümlədən qurumun rəhbəri Cerom Pauell faiz dərəcəsinin aşağı salınması üçün səs verib.

Faiz dərəcələrinin endirilməsi ABŞ Prezidenti Donald Trampın "yaralı" yeridir. Tramp Pauelli faizin endirilmədiyinə görə dəfələrlə tənqid edib və eyham vurub ki, işindən azad edə bilər. Ancaq hüquqşünasların prezidentin belə səlahiyyətə malik olub-olmaması barədə rəyləri üst-üstə düşmür. Eyni zamanda Trampın Pauellin səlahiyyətlərini artırmamaq hüququ var. Pauell vəzifəsinin icrasına 2018-ci ilin fevralında başlayıb və səlahiyyət müddəti 4 ildir. Tramp FES-ə baza stavkasını "sıfıra və ya daha da aşağı" salmağı tövsiyə etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.