ABŞ Bakının etirazını qulaqardına vurdu – Separatçı yenə Konqresdə çıxış etdi

31-10-2019, 15:38           
ABŞ Bakının etirazını qulaqardına vurdu – Separatçı yenə Konqresdə çıxış etdi
ABŞ-da səfərdə olan qondarma “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Mais Mailyan Konqresdə çıxış edib.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Konqresdə qondarma rejimin “uğurları” barədə hesabat təqdim edib. Ermənipərəst konqresmenlər Bred Şerman və Frenk Pallone isə Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanıyan 296 nömrəli qətnaməsini Mais Mailyana təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mais Mailyanın ABŞ-a səfəri ilə bağlı Vaşinqtona etiraz notası göndərib. /modern.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.