Britaniya növbədənkənar seçkiyə gedir - Kraliça "hə" dedi

1-11-2019, 00:42           
Britaniya növbədənkənar seçkiyə gedir - Kraliça "hə" dedi
Böyük Britaniya kraliçası II Elizabet Birləşmiş Krallıqda dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi haqqında qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, nəticədə parlamentin hər iki palatasında qəbul edilmiş həmin qanun layihəsi qüvvəyə minib.

Kraliçanın sənədi imzalanmasından sonra noyabrın 6-da qanunverici orqanın aşağı palatası – İcmalar Palatası buraxılacaq. Bundan sonra siyasi partiyalar 25 gün ərzində seçki kampaniyası aparacaqlar.

Böyük Britaniyanın Baş Naziri Boris Conson növbədənkənar seçkilər vasitəsilə Brexit üzrə Avropa İttifaqı ilə sazişin gələcək parlamentdə təsdiqinə nail olmaq fikrindədir. Hakim Mühafizəkarlar Partiyası İcmalar Palatasında səs çoxluğundan məhrum olub və oktyabrın 17-də Aİ ilə razılaşdırılmış sazişi parlamentdən keçirmək imkanını itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.