Fransada bara silahlı hücum zamanı 6 nəfər xəsarət alıb

1-11-2019, 02:54           
Fransada bara silahlı hücum zamanı 6 nəfər xəsarət alıb
Fransada bara silahlı hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Bildirilir ki, hadisə Marsel şəhərində baş verib. Məlumata görə, naməlum silahlı barın müştərilərinə atəş açıb. Nəticədə 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Cinayətkar motosikletlə ərazidən uzaqlaşıb. Hadisənin baş verdiyi yer polis tərəfindən əhatəyə alınıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini və cinayətkarın şəxsiyyətini müəyyənləşdirir.

Hücumun səbəbi barədə heç nə məlum deyil. Lakin yerli KİV güman edir ki, söhbət yerli cinayətkar qruplaşmalar arasındakı qarşıdurmadan gedir. İlin əvvəlindən bu cür qarşıdurmalar zamanı Marseldə 10 nəfər öldürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.