Tramp dövlət katibinin birinci müavini vəzifəsinə namizəd irəli sürüb

1-11-2019, 03:55           
Tramp dövlət katibinin birinci müavini vəzifəsinə namizəd irəli sürüb
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndəsi Stiven Biqanın namizədliyini dövlət katibinin birinci müavini vəzifəsinə irəli sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin xəbərində deyilir.

"Senata dövlət katibinin birinci müavini vəzifəsinə Miçiqan ştatından Stiven Biqanın namizədliyi irəli sürülüb", - sənəddə qeyd edilir.

Hazırda Con Sallivanın namizədliyi ABŞ-ın Rusiya Federasiyasında səfiri vəzifəsinə təsdiqlənmə prosesi keçir. O, Dövlət Departamentində Rusiya ilə terrorizmlə mübarizədə əməkdaşlıq üzrə danışıqlara məsul olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.