Fövqəladə vəziyyət: Əhaliyə maska paylanılır

2-11-2019, 00:20           
Fövqəladə vəziyyət: Əhaliyə maska paylanılır
Hindistanın Dehli şəhərinin hakimiyyət orqanları havanın çirklənməsi səbəbindən noyabrın 5-dək bütün məktəbləri bağlayıb.

Azərtac xəbər verir ki, şəhər administrasiyasının rəhbəri Arvind Kedjrival paytaxtın artıq qaz kamerasını xatırlatdığını, Dehli məktəblərində 5 milyona qədər maska paylanacağını bildirib.

Mövsümün sonlarında məhsulu yığılmış sahələrin yandırılması Hindistanda havanın həddən artıq çirklənməsinə səbəb olur. Qonşu ştatlarda minlərlə fermer torpağı növbəti əkinə hazırlamaq məqsədilə sahələri yandırır. Həmin vaxt qeyd edilən “Divali” milli bayramı vəziyyəti bir qədər də ağırlaşdırır. Bayram günləri bütün ölkə ərazisində alov festivalı keçirilir, şamlar və fənərlər yandırılır, pirotexniki vasitələr partladılır və atəşfəşanlıq təşkil edilir. Bu səbəbdən Nyu-Dehlini tüstü bürüyür, havada zərərli maddələrin miqdarı normadan on dəfələrlə artıq olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.