Almaniyada yeni qanun layihəsi: " Homoseksuallığı bərpa etmə terapiyası" qadağan olunacaq...

4-11-2019, 18:46           
Almaniyada yeni qanun layihəsi: " Homoseksuallığı bərpa etmə terapiyası" qadağan olunacaq...
Almaniyada "homoseksuallığı bərpa etmə terapiyası" nın qadağan olunacağı açıqlanıb. Səhiyyə naziri Yens Şpan tərəfindən elan edilən qanun layihəsi 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulub. Yetkinlərə isə sadəcə müəyyən şərtlər daxilində icazə verilir.

Moderator.az xəbər verir ki, 16-18 yaş arasındakı şəxslərdə isə "terapiya" həmin şəxsin riskləri və mümkün fəsadları anlamağa qadir vəziyyətdə olduqlarına dair sübutların təqdim edilməsi zamanı aparılacaq. Qanun pozuntusu edənlərin isə pul və 1 ilə qədər həbs cəzası almaları nəzərdə tutulub.

Səhiyyə naziri Şpan "Bu qanun homoseksuallığı ucbatından sıxıntı yaşayan şəxslərə heç bir problemləri olmadığı mesajını göndərəcək" deyib.

Qeyd edək ki, dini liderlər və psixoterapevtlər tərəfindən aparılan bu "terapiya"ya ölkədə hər il 100 nəfər üstünlük verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.