“400 min miqrant qəbul edilməlidir” – almaniyalı mütəxəssis

5-11-2019, 00:39           
“400 min miqrant qəbul edilməlidir” – almaniyalı mütəxəssis
Yaxın iyirmi il ərzində Almaniyanın hər üçüncü sakini miqrant olacaq. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com – a verilən məlumatda deyilir ki, miqrasiya mütəxəssislərinin fikrincə, 2040-cı ilə qədər Almaniya sakinlərinin üçdə biri xarici əsilli olacaq.

Miqrasiya üzrə almaniyalı mütəxəssis Herbert Brukerə görə, 2040-cı ilə qədər Almaniya əhalisinin təxminən 35 faizini miqrant əsilli və ya miqrant olan şəxslər təşkil edəcək. Federal Məşğulluq Tədqiqatları İnstitutunun (IAB) miqrasiya tədqiqatları şöbəsinin müdiri olan H.Bruker bunu „Welt“ qəzetinə verdiyi müsahibədə deyib.

O bildirib ki, hazırda Almaniyada insanların dörddə biri köçkün mənşəlidir. 20 ildə bu rəqəm ən az 35 % olacaq.

H.Brucker getdikcə müxtəlifləşən əhalinin alman iqtisadiyyatı üçün əhəmiyyətli olacağını da bildirib. O, işlədiyi təşkilatın hesablamalarına əsaslanaraq bildirib ki, ölkədə iqtisadi inkişafın təmin olunması üçün 2060-cı ilə qədər ildə təxminən 400 min miqrant qəbul edilməsi zəruridir.

O, həmcinin deyib ki, yüksək ixtisaslı miqrantları cəlb etmək sahəsində çətinliklər davam etməkdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.