Amerikanın F-35-ləri Rusiyanın Tu-160-ına çata bilməyib

9-11-2019, 08:36           
Amerikanın F-35-ləri Rusiyanın Tu-160-ına çata bilməyib
Rusiyanın Tu-160 bombardmançısı Yapon dənizi üzərində planlı uçuş zamanı Amerikanın F-35A Lightning II qırıcılarının "təqibindən" uzaqlaşa bilib.

Bu barədə Sina agentliyi məlumat yayıb.

Çin portalının verdiyi məlumata görə, Tu-160 Amerika qırıcılarının radarlarına düşüb və onlar onu müşayiət etməyə yollanıblar. Ancaq 110 ton ağırlığında olan Rusiya bombardmançısı onu təqib edən iki yüngül F-35-dən uzaqlaşa bilib.

Qeyd olunur ki, Tu-160 saatda 2,2 min km, Amerika F-35-ləri isə 1,93 min km sürətlə uçublar.

“Təqibin” noyabrın əvvəlində baş verdiyi bildirilir.

"Tu-160 iki güclü strateji üstünlüyə malikdir: biri sürət, digəri isə döyüş sursatıdır",- deyə portal vurğulayıb. //Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.